Bu ilin yanvar-aprel aylarında Azərbaycana ən çox tələb edilən məhsulların idxalı azalıb.
Banker.az Dövlət Gömrü Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu ilin ilk 4 ayında Azərbaycana xarici ölkələrdən dəyəri 20 milyon 673 min ABŞ dolları olan 12 min 124 ton ət idxal edilib ki, bu da illik müqayisədə 8 milyon 666 min ABŞ dolları (29.5%) və yaxud 4 min 183 ton (25.6%) azdır.
Bundan başqa ölkəyə idxal edilmiş südün də miqdarı azalıb. Belə ki, ilin ilk 4 ayında Azərbaycana dəyəri 3 milyon 697 min ABŞ dolları dəyərində 2 min 537 ton süd idxal edilib ki illik müqayisədə bu da öz növbəsində 702 ton ( 21.6%) azalıb.