Son üç ildə əmək müqavilələrinin sayı 30% artıb.
“Banker.az”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, əmək müqavilələrin sayı 2018-ci ilin əvvəli ilə müqayisədə 393 min artaraq 1 yanvar 2021-ci il tarixə 1 milyon 703 min 249-a çatıb.
Məlumatda qeyd edilib ki, özəl sektor üzrə əmək müqaviləsi artımı 63%, dövlət sektoru üzrə 10% təşkil edib. Təkcə 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10% artım qeydə alınıb.