10 C
Baku
Friday, December 13, 2024

Ölkədə 267.2 milyon manatdan çox ƏDV geri qaytarılıb

Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının (NKA) sayı 66.339-dur. 2022-ci ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydə alınıb.

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 6 ayı ərzində portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 651.001.786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun ayları ərzində isə 222.747.769 cek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

 

Son xəbərlər
Digər xəbərlər