13 C
Baku
Monday, March 10, 2025

Ölkədə “Apple Pay” və “Google Pay” ilə ödənişlər ikiqat artıb

2024-cü ildə Azərbaycanda “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan ödənişlərin sayı və məbləği öncəki illə müqayisədə ikiqat artıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik Rəqəmsal Ödənişlər İcmalında bildirilir.

İstifadəçilərin innovativ ödəniş həllərinə uyğunlaşması sürətlə davam edib. Həmçinin ötən il ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi əvvəlki ilə nisbətən 8.6 faiz bəndi artaraq tarixi maksimuma çataraq 64.2% olub.

Hesabat dövründə istifadəçilər POS-terminallar vasitəsilə apardığı hər 3 təmassız ödənişdən 1-ni məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirib.

Son xəbərlər
Digər xəbərlər