24 C
Baku
Wednesday, October 2, 2024

Ölkədə bahalaşma əsas götürərək ixrac rüsumları tətbiq edilməyə başlandı

Məlum olduğu kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilmişdir.

Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin  bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.

Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcəkdir.

Son xəbərlər
Digər xəbərlər