Azərbaycanda bankların aktivlərinin həcmi 1 avqust 2020-ci il tarixinə 30,503.5 mln. ( və ya 30.5 mlrd.) manat olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının bankların aylıq icmal göstəricilərinə istinadən xəbər verir.
Bu son bir ayda 37.5 mln. manatlıq və ya 0.1% azalma olması deməkdir.
Aktivlərin 14,204.5 mln. manatı müştərilərə verilən kreditlər, 4,797.9 mln. manatı banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər, eləcə də həmin növ qurumlara 3,674.1 mln. manatı kreditlər, 2,626.3 mln. manatı nastro hesablar, 2,060.2 mln. manatı AMB-dəki müxbir hesablar olmuşdur.
Bankların cəmi öhdəliklərinin həcmi 25,848.1 mln. manat olub, bunun da 19,367.4 mln. manatı müştərilərdən cəlb edilən depozitlər olmuşdur.