10 C
Baku
Thursday, December 12, 2024

Ölkədə banklararası milli hesablaşmalar sistemində ödənişlər 20 ayın minimumuna düşüb

Azərbaycanda  real vaxt rejimdə Banklararası Milli Hesablaşmalar Sistemində (BMHS) ödənişlərin həcmi ötən ay ərzində (sentyabr) 17,13 mlrd. manata qədər təşkil edib. Bu göstərici ilə 2018-ci ilin yanvar ayında qeydə alınmış rəqəmlərə bir qədər yaxınlaşması deməkdir. Cari ilin isə ən aşağı göstəricisidir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin sentyabr ayı üzrə banklararası ödəniş sistemləri vasitəsilə ödəniş əməliyyatlarına dair hesabatına istinad edir.

Bundan əlavə car ilin sentyabr ayında Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) ilə ödəmələrin ümumi məbləği 2,29 mlrd. manat təşkil edib. Hər bir ödənişin ortalama həcmi isə 478 manat təşkil edir.

Digər bir mühüm göstərici sürətli pul köçürmələri üzrədir. Hesabat dövrü ərzində banklara sürətli pulköçürmələr üzrə 184,2 mln manatlıq ödəniş daxil olub ki, hər bir ödənişin məbləği 662,3 manatdır (halbu ki, ötən ilin eyni dövründə 603,6 manat idi). Bu banklardan bu pulköçürmələr üzrə vəsaitin həcmi isə 84 mln. manat təşkil edib – bir ödənişin həcmi təqribən 814 manat civarındadır.

 

d 1

Son xəbərlər
Digər xəbərlər