Hazırda Azərbaycanda bankomatların sayı 2 422 ədəd təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ay ilə müqayisədə bankomatlar 11 ədəd artmasına baxmayaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankomatların sayı 162 ədəd artıb.
Qeyd olunan bankomatların isə 1 366 ədədi Bakıda, 1 056 ədədi isə Regionlarda yerləşib.
Ölkədə Pos terminalların sayı isə 33 285 ədəddir. Bakı şəhərində yerləşən Pos terminalların sayı 28 940 ədəd, Regionlarda isə 4 345 ədəd təşkil edib.