2 C
Baku
Saturday, December 14, 2024

Ölkədə birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı azalıb

2021-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa (məsələn burada bina tikintisi və s.) xarici investisiyaların məbləği 4.8 milyard dollar təşkil edib.

Banker.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, öncəki illə müqayisədə 6.7% çoxdur.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83.5% təşkil etmişdir.

2021-ci il üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-2 903 mln.$) azalması cəlb olunmuş investisiya ilə (4 004.9 mln.$) kapitalın repatriasiyası (6 907.9 mln.$ – əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 790.3 mln.$ (30.5% artım) olmuşdur.

Son xəbərlər
Digər xəbərlər