25 C
Baku
Friday, August 8, 2025

Ölkədə bitki yağlarının istehsalı 36% artıb, həmçinin marketlərdəki qiyməti də bahalaşıb

Bu ilin yanvar ayında Azərbaycanda 5 min 123 ton bitki yağı istehsal edilib.

“Banker.az”a Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehsal olunan bitki yağının həcmi 35.9% artıb.

Cari ilin fevralın 1-nə ölkədə bitki yağı üzrə hazır məhsul ehtiyatı isə 929.1 ton təşkil edib.

Ölkədə bitki yağlarının istehsalının artmasıyla yanaşı, market qiymətləri də qalxıb.

Belə ki, 4.25 manata satılan, 1 litrlik bitki yağlarının qiyməti fevralın 26-na 4.59 manatdan 5.00 manat arası dəyişir.

Son xəbərlər
Digər xəbərlər