1 C
Baku
Saturday, December 14, 2024

Ölkədə biznesə kredit qoyuluşu artdı

Mərkəzi Bank bankların kredit portfelinin strukturu barədə məlumatları açıqlayıb. Məlumatlara görə, 2021-ci ilin aprel ayında kreditlər arasında ən çox artım biznes kreditlərində qeydə alınıb.

Banker.az xəbər verir ki, mart ayının sonu ilə müqayisədə aprel ayında bankların cəmi kredit portfeli 259 milyon 400 min manat artaraq 31 Aprel 2021-ci il tarixində 14 milyard 611 milyon 800 min manat təşkil edib.

Apreldə biznes kreditləri 122 milyon 900 min manat artaraq 8 milyard 688 milyon manata, istehlak kreditləri 97 milyon 400 min manat artaraq 3 milyard 777 milyon 800 min manata, ipoteka kreditləri isə 39 milyon 200 min manat artaraq 2 milyard 146 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər