Yunanıstan rəhbərliyi depozitlərdə baş verən qarışıqlığı və ölkədən pul qaçırılmasının qarşısını almaq üçün bütün bankları 1 həftəlik bağlamaq və kapital hərəkətini izləmək üçün bir sıra tədbirlər görməyi qərara alıb. Həftə sonu əmanətçilər kartlarından külli miqdarda pul çıxarmışlar.
Hökumətin verdiyi qərara əsasən, bankların işinin dayandırılması məhdudlaşdırıldığı kimi, zamanı uzadıla da bilər. 30 iyun tarixindən bankomatlar gün ərzində kartdan 60 avro nağdlaşdıracaq.
Banklar 29 iyun, yəni bu gündən etibarən 6 iyula qədər bağlı olacaq. Bu gün bankomatlar işləməyəcək, daha sonradan isə nağdlaşma məhdudlaşdırılacaq. Bununla yanaşı, əcnəbi ölkələrə banklararası köçürülmələr də məhdudlaşdırılacaq.