9 C
Baku
Sunday, November 17, 2024

Ölkədə dizelin istehsal həcmi sürətlənir

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 282 milyon manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 17.7 faiz artmışdır.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Avtomobil benzini istehsalı həcmi 915.2 min ton olmaqla öncəki ilin eyni dövrü ilə müqayisədə 7.4% artıb.

Dizelin istehsal həcmi 1 milyon 883.1 min ton təşkil etmişdir. Bu da illik müqayisədə 22.1 artım deməkdir. Sentyabr ayı ərzində 203.3 min ton həcmində dizel istehsal edilib.

Qeyd edək ki, öncəki ayda dizelin istehsalında artım dinamikası 12.5% idi.

Məhsul növləri 2021-ci ilin yanvar-sentyabr aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Avtomobil benzini, min ton 915,2 107,4
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton 311,2 192,2
Ağ neft, min ton 377,5 105,8
Dizel yanacağı, min ton 1883,1 122,1
Yanacaq mazutu, min ton 32,4 76,4
Sürtkü yağları, min ton 39,5 163,9*
Neft bitumu, min ton 275,4 109,3
Neft koksu, min ton 198,3 134,3

 

Son xəbərlər
Digər xəbərlər