2 C
Baku
Saturday, December 14, 2024

Ölkədə elektrik enerjisi istehsalı azalıb

2020-ci ilin 11 ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 120.57 mln. kVt/saat , ixracı 89.14 mln. kVt/saat , idxalı 10.6 mln. kVt/saat  olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 59.3 mln. kVt/saat , ixrac 45.56 mln. kVt/saat  azalıb, idxal isə 3.0 mln. kVt/saat  artıb. Bu barədə məlumatı Energetika Nazirliyi verib.

Cari  ilin yanvar-noyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 197.7 mln.kVt/saat  azalaraq 23 421.9 mln. kVt/saat  olub. Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 273.8 mln. kVt/saat  artaraq 22 092.3 mln. kVt/saat , SES-lərdə 470.8 mln. kVt/saat  azalaraq 1 013.3 mln. kVt/saat , digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0.8 mln. kVt/saat  azalaraq 316.3 mln. kVt/saat  olub.

Bu dövrdə Külək  Elektrik Stansiyalarında 88.83 mln. kVt/saat , Günəş Elektrik Stansiyalarında 45.09 mln. kVt/saat , Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 182.4  mln. kVt/saat  elektrik enerjisi istehsal edilib.

Yanvar-noyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20878.2 mln. kVt·ts (İES-lərdə 20036.5 mln. kVt/saat , SES-lərdə 841.7 mln. kVt/saat ), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 397.0 mln. kVt/saat  (İES-lərdə 205.7 mln. kVt/saat , SES-lərdə 152.0 mln. kVt/saat , Günəş ES-də 39.4 mln. kVt/saat ), Müstəqil Elektrik Stansiyaları üzrə 2077.5 mln. kVt/saat , “Azərişıq” ASC üzrə Külək Elektrik Stansiyalarında isə 69.2 mln. kVt/saat  təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 990.24 mln. kVt/saat  olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 254.76 mln. kVt/saat , idxalı isə 125.6 mln. kVt/saat  olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 2.8 mln. kVt/saat  azalıb.

Son xəbərlər
Digər xəbərlər