Azərbaycanda oktyabrda e-ticarətlə aparılan əməliyyatların həcmi tarixi maksimum yeniləməklə 800 milyon manatı ötüb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2021-ci ilin oktyabrında e-ticarətlə 803 milyon manatlıq əməliyyat baş tutub. Bu da son bir ayda 29 milyon manat, yaxud, 3.7% artım dinamikasıdır.
2021-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektron ticarətlə aparılan əməliyyatların həcmi 5 milyard 218 milyon manat olmaqla 2020-ci ilin analoji dövrünü 2 milyard 115 milyon manat, yaxud 68.16% artması deməkdir.
Tarix |
Elektron ticarət vasitəsilə |
|
Sayı, min əməliyyat |
Həcmi, mln. manat |
|
Yanvar 2021 | 6,683 | 360 |
Fevral 2021 | 6,826 | 370 |
Mart 2021 | 8,132 | 450 |
Aprel 2021 | 7,330 | 421 |
May 2020 | 7,916 | 440 |
İyun 2021 | 8,081 | 496 |
İyul 2021 | 8,498 | 539 |
Avqust 2021 | 8,804 | 565 |
Sentyabr 2021 | 10,243 | 774 |
Oktyabr 2021 | 10,685 | 803 |
İlin əvvəlindən | 83,198 | 5,218 |