Azərbaycanda xariclə ticarətdə gəmilərlə yükdaşımalardan əldə olunan gəlirin həcmi 2023-cü ilin birinci yarımilində 127.46 milyon manata yüksəlib.
Banker.az xəbər verir ki, bu da illik müqayisədə 20% artımdır. Belə ki, 2022-ci ilin eyni dövründə ölkədəki gəmilər yükdaşımalardan ümumilikdə 109.42 mln. manat gəlir əldə etmişdilər, bunun da 106.25 mln. manatı xariclə əlaqədə daşınan yeklərdən daxil olmuşdu.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 4 milyon 514.7 min ton yük daşınıb və öncəki ildən 22% yuxarıdır. Azərbaycanda gəmilərin hazırda gəlirlərinin böyük hissəsi tranzit yüklərdən daxil olur. Məsələn, qeyd edilən hesabat müddətində Azərbaycannın dəniz nəqliyyatı üzərindən tranzit kimi 3 milyon 910.3 min ton (illik artım: 33%) yük daşınıb.
Məlumata görə, gəmilərlə yükdaşımaların 926.6 min tonu idxal yüklərini, 162 min tonu isə ixrac yüklərini aparıb.
Ölkə ərazisində 1 770 ədəd işlənmiş gəmi var ki, bu da 2022-ci ilin eyni dövründən 19% çoxdur.