Ölkədə Gürcüstan dövlət qeydiyyat nişanlı avtobuslarla sərnişin daşımaları var. Bu, yolverilməzdir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
O bildirib ki, daşıyıcıların peşəkarlıq səviyyəsi də yaxşı deyil: “Qanuna dəyişikliyə əsasən, daşıyıcıya buraxılış vəsiqəsi verilməsi, onun istifadəsində olan nəqliyyat vasitəsinə isə buraxılış vəsiqəsinin əlavəsinin verilməsi nəzərdə tutulur. Buraxılış vəsiqəsi almayanlara ümumiyyətlə, daşıma fəaliyyəti qadağan ediləcək”.