Azərbaycanda könüllü həyat sığortasına daxil olan həyatın ölümdən sığortası üzrə premyaların yığımı öncəki illə müqayisədə azalıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin ilk iki ayı üçün açıqladığı statistikada deyilir.
Statistikaya görə, sığorta şirkətləri ilin yanvar-fevral ayları ərzində 4 milyon 153.7 min manatlıq həyatın ölüm sığortası üzrə haqlar yığıblar. Bu da 2022-ci ilin eyni dövründən 14% zəif göstəricidir.
Eyni müddətdə isə sığorta ödəşlərinin həcmi cəmi 164.3 min manat olmaqla öncəki ildən 74% aşağı olub.
2022-ci ildə həyatın ölümdən sığortası üzrə yığımlarla ödənişlərin fərqi müsbət 4 milyon 162.4 min manat olduğu halda, cari ildə bu rəqəm 3 milyon 989.4 min manata düşüb.








