6 C
Baku
Sunday, December 15, 2024

Ölkədə iki aydır ki, orta aylıq əmək haqqı azalmağa doğru gedir

2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,0 faiz artaraq 720,0 manat olmuşdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İllik müqayisədə orta aylıq əmək haqqında artım olsa da, aylıq müqayisədə azalma müşahidə olunur. Cari ilin yanvar – may aylarında ölkədə işçilərin orta aylıq nominal əməkhaqqı 728,9 manat olub. Belə ki, 8,9 manat azalıb. Həmçinin aprel ayı ilə müqayisədə mayda da 7,3 manat azalma olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Son xəbərlər
Digər xəbərlər