Azərbaycanda 1 oktyabr 2019-cu il tarixində 2 592 ədəd ATM və 64 777 ədəd POS-teminal vardır.
Banker.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən xəbərinə görə, ATM-lərin sayı son 1 il ərzində 113 ədəd artıb, POS-terminallar isə əksinə illik 1 193 ədəd azalmışdır.
Hazırda ATM-lərin 1 385 ədədi Bakıda və 1 207 ədədi isə regionlarda yerləşir. POS-terminalların isə 39 063 ədədi Bakıda 25 714 ədədi isə regionlarda yerləşir.