1 İyun tarixində ölkədə verilmiş ipoteka kreditləri 40 524 manat təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, banklar tərəfindən verilmiş ipoteka kreditləri 47 mln manat təşkil edib ki, bu da ötən ay ilə müqayisədə 12.1 mln manat artım deməkdir.
Bir ay ərzində artım olmasına baxmayaraq ,ötən ilin müvafiq dövrü ilə müqayisədə isə banklar tərəfindən verilmiş ipoteka kreditləri 5.7 mln manat yəni 10.8% azalıb.
Hazırda Dövlət büdcəsindən AİF-ə ayrılmış vəsait artaraq 10 mln, AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri isə 29,5 mln manat təşkil edib.
Ötən aylarda olduğu kimi ipoteka kreditlərinin müddəti 297 ay, faiz dərəcəsi isə 6.74% olub. Aylıq ödəniş isə cüzi azalaraq 297,3 manat təşkil edib.