Keçən il Azərbaycanda siqaret istehsalını 20 faiz daha da artırmaqla xarici bazarda mövqeyini artırır. Ölkədə ümumilikdə 16 mlrd. 10.2 mln. ədəd siqaret istehsal edilib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Siqaretin istehsal həcmi artmaqla paralel xaricə ixrac da yüksəlib. Belə ki, ixracın həcmi 2023-cü ilin ilk 11 ayında 802.4 mln. ton olmaqla idxalın dəyəri $8 983.9 min təşkil edib. İxracın həcmi 35 faiz artıb.
Azərbaycan siqaretlərinin ən çox alan Rusiya olub. Rusiyaya ixracın həcmi 499.3 mln. ədəd olmaqla ixrac $5 560.1 mini əhatə edib.
2023, 11 ayda | 2022, 11 ayda | |||
Miq., mln. əd | Dəy., min dollar | Miq., mln. əd | Dəy., min dollar | |
Cəmi | 802.4 | 8,984.0 | 592.7 | 4,566.3 |
Rusiya | 499.3 | 5,560.1 | – | – |
Gürcüstan | 184.2 | 2,569.6 | 52.9 | 492.4 |
Oman | 71.8 | 459.7 | 89.8 | 497.1 |
Çin | 37.1 | 276.6 | – | – |
İraq | 10.0 | 118.0 | – | – |
Qırğızıstan | – | – | 333.0 | 2,535.8 |
Türkmənistan | – | – | 55.4 | 672.5 |
Syerra-Leone | – | – | 13.9 | 86.1 |