Azərbaycanda yeni istifadəyə verilən yaşayış evlərinin sahəsi 22.2% azalıb.
Bunu Banker.az Dövlət Statistika Komitəsinin 2022-ci ilin yanvar-may ayları üçün təqdim etdiyi statistik göstəricilərə istinadən xəbər verir.
2022-ci ilin ilk beş ayında Azərbaycan ərazində cəmi 600.9 min kvadrat metr ümumi sahə yaşayış üçün istifadəyə verilib.
2020-ci ilin ilk beş ayında 2 299.4 min kv.metr və 2021-ci ilin eyni dövründə isə 620.1 min kv.metr ümumi yaşayış sahəsi istifadəyə verilmişdi.