Azərbaycanda fəaliyətdə olan 41 kredit ittifaqları yenidən kiçilməyə doğru gedir.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin 1 oktyabr tarixinə olan statistikasına istinad edir.
Mərkəzi Bankdan bildirilir ki, 2022-ci ilin üçüncü rübündə kredit ittifaqlarının aktivlərinin həcmi cəmi 14.3 milyon manat olub və 2022-ci ilin ilk rübləri ərzində əldə edilən artımı tam itirmiş olub. Aktivlərin həcmi son rübdə 2.1% azalıb.
Aktivlərinin azalmasına səbəb kredit portfelinin son üçüncü rübdə 2.4% azalmaqla 12.1 mln. manata düşməsidir. Bununla belə ittifaqların 1.1 mln. manatlıq hesablamış faizləri aktivlərində qalır.
Kredit ittifaqlarının öhdəliklərinin həcmi 2022-ci ilin 3-cü rübündə 8.2% azalmaqla 4.5 milyon manata düşüb. Bunun da 4.1 mln. manatı cəlb edilmiş kreditlər, 0.1 mln. manatı ödəniləcək faizlər və 0.3 mln. manatı isə digər öhdəliklərdən təşkil olunur.
Kredit ittifaqları 2022-ci ilin ilk 9 ayında 0.05 mln. manatlıq zərər edib. 1.4 mln. manatlıq faiz gəlirləri, 0.05 mln. manatlıq faiz xərcləri, 0.4 mln. manatlıq qeyri-faiz gəlirləri və 0.8 mln. manatlıq qeyri-faiz xərclərindən sonra onların əməliyyat mənfəəti 0.9 mln. manat təşkil edib. Lakin Kİ-lər 0.9 mln. manat problemli kreditlərə ayırma edib və ittifaqlar yenidən zərərə düçar olub.