20 C
Baku
Tuesday, October 8, 2024

Ölkədə kreditlərin orta faiz dərəcəsi qalxdı

1 oktyabr tarixində Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi artaraq manatla 14,33%-ə, xarici valyuta ilə 14,30% -ə çatıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, əvvəlki aylarla müqayisədə kreditlər üzrə orta faiz dərəcəsi nisbətən yuxarı qalxıb. Cari il ərzində isə ən yüksək faiz dərəcəsi manatla 14,47%-lə mart ayında,ən aşağı faiz dərəcəsi isə 14,05%-lə may ayında müşahidə olunub.

Həmçinin hüquqi şəxslər üzrə kreditlərin orta faiz dərəcəsi manatla 11,03%, xarici valyuta ilə 9,90%, fiziki şəxslər üzrə isə manatla 18,48%, xarici valyuta ilə isə 21,32% təşkil edib.

Onu da qeyd edək ki, ilin əvvəlindən fiziki şəxslər üzrə faiz dərəcəsində daha çox artım olub. Belə ki, ilin əvvəli fiziki şəxslər üzrə kreditlərin orta faiz dərəcəsi 17,65% təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər