10 C
Baku
Friday, December 13, 2024

Ölkədə kreditləşməni zəiflədən digər səbəb – Depozit hərracları

2017-ci ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən müştərilərə verilən kreditlərin həcmi azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistika göstərir ki, may ayının 31-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 14 mlrd. 378,6 mln. manat təşkil edib ki, bu da mayın 1-ə olan göstərici ilə müqayisədə 655,4 mln. manat və ya 4,36% azalma deməkdir.

İqtisadçı ekspert Samir Əliyev Sputnikə deyib ki, kredit verilməsində baş verən bu azalma devalvasiyanın törətdiyi nəticələrdir: “Devalvasiyadan öncə banklar özlərini sığortalamaq üçün verdikləri kreditlərin strukturunda dollara üstünlük verməyə başladılar. Bu proses kredit verilməsində problemlər yaşatdı, problemli kreditlərin sayı artmağa başladı”.

“Bankların kredit şəklində verdiyi vəsait öz vəsaitləri deyil. Bu o deməkdir ki, kreditlər qaytarılmadıqda bank əmanətçisi qarşısında öhdəliklərini yerinə yetirə bilmir.  Bu baxımdan xeyli bank bağlandı. Bankdakı aktivlərin zərərli, qeyri-işlək olması onları vadar etdi ki, ya kreditləşməni dayandırsın, ya da məhdudlaşdırsın. Hətta mən düşünürəm ki, digər səbəb Mərkəzi Bankın keçirdiyi depozit hərraclarıdır” – deyə o bildirib.

 

Son xəbərlər
Digər xəbərlər