10 C
Baku
Friday, December 13, 2024

Ölkədə manat depozitləri bahalaşıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi avqust ayında qarışıq tendensiya göstərib. 

Mərkəzi Banka istinadən xəbərə görə, hesabat dövründə manat əmanət və depozitlər üzrə orta faiz dərəcəsi iyul ayı ilə müqayisədə 0,84 bənd artaraq 8,55% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə isə orta faiz dərəcəsi avqustda 0,17 bənd azalaraq 5,42%-ə enib.

Kommerisya bankları tərəfindən avqust ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyutada müvafiq olaraq illik 12,28% və 10,21% təşkil edib. Xatırladaq ki, avqust ayının 1-nə bu göstəricilər manatda 12,37%, xarici valyutada isə 10,30% olub.

Report

Son xəbərlər
Digər xəbərlər