18 C
Baku
Sunday, September 8, 2024

Ölkədə mebel istehsalı da, xaricdən idxalı da azalıb

Azərbaycana mebel idxalı və istehsalı da azalıb.

Banker.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 55 082.3 min dollarlıq mebel və onun hissələri idxal olunarkən, 2019-ci ildin eyni aylarında bu rəqəm 76 344.8 min dollar təşkil edib (21 262.5 milyon dollar və yaxud 28% azalıb)

Hesabat dövründə mebel idxalının Azərbaycanın ümumi idxalında payı cəmi 0,70% olub.

Bu ilin 8 ayında isə Azərbaycana 372 min ədəd oturacaq, ofis, mәtbәx, yataq vә
digәr mebellәr idxal olunub ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 24% azalma deməkdir. 2019-cu ilin yanvar-avqust aylarında isə idxal edilən mebellərin sayı 489 min ədəd olub.

Onu da qeyd edək ki, bu il Azərbaycanda mebel istehsalı 26.6 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər