2020-ci ilin 4-cü rübü mikro sahibkarlar üçün satışlarda mühüm artımlar müşahidə edilib. Bu barədə Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinad edir.
Mikro sahibkarlar 2020-ci il üzrə 844 milyon 183.8 min manat həcmində malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlirlər əldə edib. Bunun da 782 milyon 669.7 min manatı xüsusi mülkiyyətin* üzərində olub.
Cəmi gəlirlərin isə 42%-i, yəni, 356 milyon 74 min manatı ilin son rübünün payına düşür.
Qeyd edək ki, ilin ilk rübündə 82 milyon 251.3 min manat, ikinci rübündə 209 milyon 313.6 min manat, üçüncü rübündə isə 196 milyon 544.9 min manatlıq gəlir əldə ediblər.
Mikro sahibkarlar 2020-ci il üzrə pərakəndə ticarət dövriyyəsindəki iştirak həcmi 226 milyon 16.7 min manatla ifadə olunur. Digər mühüm məqam isə, bu bu sahibkarların ödəniş əməliyyatlarının yalnız 11 milyon 560.6 min manatı həcmində POS-terminallarla ödənişlər aparılıb.
*Xüsusi mülkiyyət – ayrı-ayrı şəxslərə (vətəndaşlara) aid olan mülkiyyətdir. Onun əsas təşkilati-hüquqi formaları aşağıdakılar hesab edilir: fərdi əmək fəaliyyəti; əmək təsərrüfatı; kəndli və şəxsi yardımçı təsərrüfatlar; kiçik və digər fərdi və ailə müəssisələri; dövlət mülkiyyəti iştirak etmədən səhmdar cəmiyyətləri.
Xüsusi mülkiyyət hüquqi istehsal vasitələri, qeyri-istehsal təyinatlı əşyalar və sərvətlər, pul vəsaitləri və qiymətli kağızlar, onlardan istifadənin nəticələrinə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam vermək sahəsində ayrı-ayrı şəxslərin qanunla qorunan hüquqlarının məcmusundan ibarətdir. Xüsusi mülkiyyət hüququ həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə muzdlu əməyin tətbiqi mümkündür. Vətəndaş məhsuldar və ya yaradıcı əməkdə öz qabiliyyətindən istifadə etməkdə müstəsna hüquqa malikdir. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna zəmanət verir.