9 C
Baku
Thursday, December 12, 2024

Ölkədə mobil telefon abunəçiləri son bir ildə azalıb – LTE-nin əhatə dairəsi genişlənib

Azərbaycanda mobil telefon abunəçilərinin sayı 2023-cü ildə azalmaqla 10 milyon 998.2 minə düşüb.

Banker.az xəbər verir ki, bu da illik müqayisədə 69.9 min və ya 0.6% azalmadır. 2022-ci ildə ölkədə 11 milyon 68.1 min abunəçi olmaqla ölkə tarixində rekord vurmuşdu.

Beləliklə, ölkədə hər 100 nəfərə düşən mobil telefon abunəçilərinin sayı 110-dən 108-ə düşüb.

Fakturasız mobil telefon abunəçiləri 2023-cü ildə 76.6 min (0.8%) azalma ilə 9 milyon 757.3 minə düşüb. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.

LTE/WiMAX mobil şəbəkəsi ilə əhatə olunmuş ərazidə yaşayan əhalinin ölkə əhalisində xüsusi çəkisi 88%-dən 95%-ə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər