10 C
Baku
Thursday, December 12, 2024

Ölkədə muzdla işləyənlərin sayı 2.3 min nəfər artıb

2021-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 min nəfər artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da illik müqayisədə 0.1 faiz artaraq 1 milyon 678.4 min nəfər olmuş, onlardan 913.6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764.8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19.7 faizi təhsil, 18.5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12.8 faizi sənaye, 8.3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7.2 faizi tikinti, 6.7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.4 faizi peşə, elmi və texniki fəaliyyət, 1.7 faizi maliyyə və sığorta fəaliyyəti, 13.8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Son xəbərlər
Digər xəbərlər