10 C
Baku
Friday, December 13, 2024

Ölkədə nağdsız alış-verişlə bağlı problem yaranıb

Artıq bir saatdır ki, marketlərdə nağdsız ödənişlər həyata keçirmək mümkün olmur.

Kartlarla post-terminal vasitəsilə ödəniş etmək istəyən vətəndaşlara vəsaiti nağd şəklində ödəmək təklif olunur. Böyük marketlərdə isə administratorların “kartdan-karta” əməliyyatı ilə pulları nağdlaşdırırlar. Məsələnin səbəbi bəlli deyil. Məlumata görə, problem ümumidir.

Qeyd edək ki, vətəndaşlar nağdsız əməliyyatları daha çox “ƏDV-Geri al” prosesinə görə edirlər. Yaranmış problem isə bu prosesin yerinə yetirilməsinə ciddi maneə yaradıb.

Son xəbərlər
Digər xəbərlər