Azərbaycanda bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı728.9 manata düşüb.
Banker.az ölkənin Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən 24.9% artımdır. Lakin, aprel ayı ilə müqayisədə 7.3 manat az olması deməkdir. Azalma eləcədə apreldə (marta nisbətən) 8.3 manat azalmışdır.
Qeyd edək ki, mart 744.5 manat, apreldə isə 736.2 manat təşkil etmişdi. Martdda qeydə alınan əmək haqqı ölkədə qeydə alınan ən yüksək orta aylıq əməkhaqqı idi.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.