2021-ci ilin yanvar ayında Azərbaycan əhalisinin nominal gəlirlərinin həcmi 4 milyard 11.2 milyon manat təşkil edib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ölkə üzrə ümumi əhalinin nominal gəlirlərinin həcmi öncəki ilin müvafiq dövrü ilə müqayisədə 1.3% azalmışdır.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlərin həcmi 401.1 manat təşkil etməklə, öncəki illə müqayisədə 1.8% azalmışdır.