1 C
Baku
Saturday, December 14, 2024

Ölkədə qoyun sayı azalır – Gürcüstan və Rusiyadan idxal kəskin artır

Azərbaycan 2023-cü ilin ilk 9 ayında xaricdən idxal etdiyi diri qoyunların sayını iki dəfədən çox artırıb. Ölkə daxilində isə qoyunların sayı tarixi minimumlar yeniləməkdədəir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat müddətində xaricdən 304 733 baş diri qoyun idxal edib. Bu da illik müqayisədə 2.4 dəfə çoxdur. Xaricdən gətirilən qoyunların dəyəri isə $23.42 milyon təşkil edib. 2022-ci ilin ilk 9 ayında Azərbaycan xaricdən cəmi  129 277 baş diri qoyun gətirmişdi ki, bunun da dəyəri $11.06 mln. idi.

İdxal edilmiş qoyunların 209 811 başı Gürcüstandan ($15.51 mln.) və qalan 94 332 başı ($7.59 mln) Rusiyadan, 590 başı ($0.32 mln.) Türkiyədən idxal edilib.

Ölkənin daxilində qoyunların sayı 2022-ci ilin 1 oktyabrında 7 milyon 928.4 min baş olduğu halda, cari ilin eyni dövründə 7 milyon 223.2 min başa düşüb.

2019-cu ilin 1 oktyabrına ölkədə 8 milyon 451.9 min baş, 2020-ci ildə 8 milyon 308.6 min baş və 2021-ci ildə isə 8 milyon 197.3 min baş qoyun vardı.

Son xəbərlər
Digər xəbərlər