Azərbaycanda qoyun və keçilərin sayında azalma davam edir və bu son onillərin ən aşağı göstəricisidir.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
1 iyul 2023-cü il tarixinə Azərbaycanda qoyunların və keçilərin sayı 7 mln. 322.3 min baş təşkil edib. Bu da ilin 38.5 min və ya 0.52% azalmadır. Son bir ildə isə 710.2 min baş
Bununla belə, ölkədə inək və camışların sayı isə artaraq 1 mln. 253.9 min baş təşkil edib ki, 700-ə yaxın artımdır.
Dövlət Statistika Komitəsinin 2023-cü ilin 1 iyunun olan göstəricisinə əsasən, Azərbaycanda qoyun ətinin qiyməti son bir ildə hər kiloqramı 12.96 manatdan 14.89 manata kimi yüksəlib.
Hazırda bazarda quzu ətinin hər kiloqramı isə 16-18 manat arasında dəyişir.