Azərbaycanda rəsmi şəkildə açıqlanan məlumata görə, işsizlik bir qədər də azalıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ölkədə 1 oktyabr 2021-ci il tarixinə işsizlik səviyyəsi 6.05%-ə qədər düşüb. Bu bir ay öncə 6.22% idi.
Bu da son bir ildə ən aşağı göstəricidir. Belə ki, ölkədə işsizlik sayı öncəki ilin 3-cü rübündə 7.46% səviyyələrinə qədər yüksəlmişdi.
Qeyd edək ki, 2021-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 298.7 min nəfər olmuş, onlardan 4 milyon 978.3 min nəfərini məşğul əhali təşkil etmişdir. İşsizlərin sayı isə 320.4 min nəfər olub.