Bu ilin oktyabr ayında rabitə, poçt və kuryer xidmətlərinin qiymət indeksləri əvvəlki aya nisbətən 100 faiz təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Qeyd edək ki, rabitə xidmətlərinin dəyəri – rabitə müəssisəsinin əsas fəaliyyətindən əldə olunan gəlirlərdir. Bu göstərici idarə, müəssisə və təşkilatlara, habelə əhaliyə göstərilmiş rabitə xidmətləri müqabilində rabitə müəssisəsinin əldə etdiyi vəsaitin cəmini xarakterizə edir. Buraya poçt rabitəsi, feldyeger və xüsusi rabitə, sənədli elektrik rabitəsi, şəhərlərarası və beynəlxalq telefon rabitəsi, şəhər telefon rabitəsi, kənd telefon rabitəsi, radiorabitə, radio və televiziya yayımı və peyk rabitəsi, naqilli səs yayımı üzrə radiotezliklərin ayrılması, qeydiyyatı, istismarı və nəzarəti, naqilsiz radiorabitə üzrə, mobil telefon rabitəsi, internet xidmətləri, İSDN, ADSL və HDSL, DATA xidmətləri, simsiz yerli telefon rabitəsi xidmətləri və digər rabitə xidmətləri üzrə əldə olunmuş gəlirlər daxildir.