Azərbaycanda şəkər tozu və qənd istehsalının həcmi 58.1% artmışdır.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvar-mart aylarına olan statistik rəqəmlərində qeyd edilir.
2021-ci ilin ilk rübü ərzində 61.2 min ton həcmində şəkər tozu və qənd istehsal edilib.
1 aprel 2021-ci il tarixinə hazır məhsul ehtiyatının həcmi 6.6 min ton təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin müvafiq dövrü ərzində Azərbaycandan xaricə 17.93 min ton şəkər ixrac edərək bundan 9.27 milyon dollar gəlir əldə edib. Beləliklə, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2.5 dəfə çox olub.








