Azərbaycanda şirkət və təşkilatların ödənilmiş nizamnamə kapitalının həcmi bir qədər yüksəlib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, hüquqi şəxslərin nizamnamə kapitalının həcmi 1 yanvar 2023-cü il tarixinə 222.52 milyon manat və ya 0.5 faiz artaraq 46 milyard 882.5 milyon manata yüksəlib.
Hesabata görə, müəssisələrin (təşkilatların) balans kapitalının həcmi 221 milyard 668.65 milyon manat olmaqla onun da 15 milyard 525.73 milyon manat təşkil edib.