Azərbaycanda 2024-cü ilin birinci rübündə mənzil bazarında qiymət indeksi 2023-cü ilin IV rübünə nəzərən 2.2% artıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı və Dövlət Statistka Komitəsinin məlumatında qeyd edilir.
Qeyd edək ki, 2024-cü ilin birinci rübü üzrə ölkədə illik inflyasiya 1%-in altında olub. Apreldə hətta 0.0%-ə düşüb.
İlkin mənzil bazarında qiymət indeksi 3.1%, təkrar mənzil bazarında qiymət indeksi isə 2.2% yüksəlmişdir.
2024-cü ilin yanvar-mart aylarında 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə qiymət indeksi ümumilikdə mənzil bazarında 8.1%, ilkin mənzil bazarında 7.5%, təkrar mənzil bazarında isə 8.1% artıb.