12 C
Baku
Monday, November 18, 2024

Ölkədəki balıqçılıq təsərrüfatlarının 85%-dan çox hissəsinin qeydiyyatsız fəaliyyət göstərdiyi üzə çıxıb

Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi zamanı müəyyən edilib ki, ölkə ərazisindəki balıqçılıq təsərrüfatlarının 85%-dan çox hissəsi qeydiyyatsız fəaliyyət göstərib.

Bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, balıqçılıq təsərrüfatlarının böyük hissəsinin qeydiyyatsız fəaliyyət göstərməsi həmin təsərrüfatların fəaliyyətinin ətraf mühitə təsirinin də qiymətləndirilməsini mümkünsüz edib. Bu isə göllərin ətraf mühitə təsiri ilə bağlı faktiki risklərin də dəyərləndirilməməsi və potensial təhdidlərlə, eləcə də balıqçılıq təsərrüfatlarının ətrafındakı ərazilərdə torpaqların təkrar şorlaşması ilə nəticələnib.

Qeyd edilənlər Su bioresurslarının artırılması bərpası və mühafizəsi fondunun gəlir potensialının daha çox olduğunu və həmin potensialın reallaşdırılması üçün zəruri tədbirlərin eləcə də balıqçılıq təsərrüfatları üzrə daha əhatəli meliorasiya tədbirlərinin həyata keçirilməsinin vacibliyini göstərir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər