Bu ilin yanvar-fevral aylarında ölkədən hava nəqliyyatı ilə yükdaşıma 74% artaraq 79 min ton olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daşımaların 98.8%-i dövlət, 1.2%- isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Məlumata görə, bu nəqliyyat növü ilə 59.3 min və yaxud 82.6% az sərnişin daşınıb.