11 C
Baku
Monday, September 30, 2024

Ölkədən İrana səfər edən Azərbaycanlıların sayı 28 dəfədən çox azalıb

Bu ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 5.8 dəfə azalaraq 162.8 min nəfər olub.

Banker.az Dövlət Statistik Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, ölkə vətəndaşlarının 42.4 %-i Türkiyəyə, 22.1 %-i Rusiya Federasiyasına, 9.4 %-i Gürcüstana, 6.9 %-i İrana, 19.2 %-i digər ölkələrə səfər edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 28.5 dəfə, Gürcüstana gedənlərin sayı 18.3 dəfə, Rusiyaya gedənlərin sayı 5.4 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1.3 dəfə azalıb.

Son xəbərlər
Digər xəbərlər