27 C
Baku
Wednesday, June 26, 2024

Ölkədən xaricə gedən hər kəsdən 7,5 ABŞ dolları vergi tutula bilər

Rusiyada ölkədən xaricə gedən hər kəsdən, təqribən, 7,5 ABŞ dolları məbləğində vergi tutmaq təklifi irəli sürülüb.

Banker.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, “Avanti” adlı işgüzar vətənpərvərlik təşkilatı tərəfindən Dövlət Dumasına göndərilən layihə ölkə ərazisində 24 saatadək dayanacaq verən tranzit sərnişinlər istisna olmaqla, istər yerli vətəndaşlara, istərsə də əcnəbilərə şamil olunur.

Layihə müəlliflərinin fikrincə, Rusiyada turizmi inkişaf etdirmək üçün geniş imkanlar açıldığı hazırkı dövrdə bu təklifi həyata keçirməklə dövlət ildə 890 min ABŞ dolları məbləğində əlavə gəlir əldə edə bilər.

Mənbə: report.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər