10 C
Baku
Tuesday, November 26, 2024

Ölkələrə verilən kredit reytinqi nədir və o hansı funksiyaları daşıyır?

“Standard and Poor`s ölkə bankına kredit reytinqi verdi”  tez-tez bu tip xəbər başlığına rast gəlirik. İlk sual yaranır ki, hansısa bir banka, dövlətə kredit reytinqi verilməsi nə məqsədi daşıyır və bu kimin üçün vacibdir? Nəzərinizə çatdıraq ki, 150 ildir ki fəaliyyət göstərən Standard and Poor`s reytinq təşkilatı ABŞ –da yaradılıb və retyinq təşkilatları arasında ən çox nüfuza malik olan və eyni zamanda təcrübəyə malik təşkilat kimi qiymətləndirilir. 

Standard and Poor`s reyinq təşkilatının funksiyasına iqtisadçı Vüqar Bayramov aydınlıq gətirdi.

Standar and Poor` s un fəaliyyətinin əsas istiqamətini investorların investisiya həyata keçirdilməsi və investisiya həyata keçirilən zaman riskləri nəzərə almaq üçün qiymətləndirmələr təşkil edir. Standard and Poor`s dövlətlərin qiymətləndirilməsini aparır və onalara kredit reytinqi verir. Dövlətlərə kredit reytinqi verilməsi yenə də investorların investisiya həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Bu zaman investorlar dövlətin kredit reytinqindən asılı olaraq qərarlar verirlər. Bu birmənalı şəkildə investisiya risklərinin tənzimlənməsi, investorların doğru qərar qəbul etməsi, dövlətin eləcə də ölkələrlə bağlı düzgün təsəvvürün yaradılması məqsədi daşıyır. Səhm bazarında qiymətlərə  də öz təsirini göstərir.

Standard and Poor`s dövlətlərər kredit reytinqi verilməsi ilə bağlı investorların qərar qəbul etməsini sadələşdirilməsi, investorların risklərin azaldılması kimi funksiyalar daşıyır.

Son xəbərlər
Digər xəbərlər