- Almaniyada benzinsiz yarı yolda qalmaq qadağandır.
- Kiprdə sükan arxasında yemək və içmək (hətta su) qadağandır.
- Alyaskada mövcud olan bir qanuna əsasən, sürücü öz itini maşınının yuxarı hissəsinə bağlaya bilməz.
- San-Fransiskoda avtomobili təmiz olmayan alt paltarı ilə yumaq qadağandır.
- Danimarkada istənilən şəxs maşını işə salmadan öncə onun altında kiminsə olub-olmadığını yoxlamağa məcburdur.
- Kaliforniya və Tennesidə avtomobilin içərisində olarkən heyvanlara atəş açmaq qadağandır. Əgər bu heyvan balina deyilsə.
- Sinqapurda piyada xəttinə 50 metrdən çox yaxınlaşmaq olmaz.
- Nevada ştatında şossedə dəvə üzərində əyləşərək hərəkət etmək qadağandır.
- İspaniyada mütləq olaraq özünüzlə ikinci cüt eynək götürməlisiniz, hətta birinci cüt gözünüzdə olsa belə.
- Alabamada gözü bağlı şəkildə avtomobil idarə etmək qadağandır.
- İllinoisdə yalnız yanğın halında avtomobilinizdə paltarlarınızı dəyişə bilərsiniz. Digər hallarda buna icazə verilmir.
- Massaçusetsdə isə avtomobilinizin arxa oturacağında qorilla aparmaq cəhdinizə görə sizə cərimə düşəcək.
- İspaniyanın bəzi şəhərlərində avtomobilinizi ayın tək günləri tən nömrəli evlərin qarşısında saxlamalısınız.
- Amerikanın Montana ştatında isə qoyunu avtomobilin yük hissəsində “tənha” qoymaq olmaz.
- Corcia ştatında isə avtomobil ilə uşaq parklarından keçmək rəsmən qadağandır.
- Oklahamada isə sükan arxasında əyləncəli jurnallar oxuya bilməzsiniz.