10 C
Baku
Wednesday, December 11, 2024

Ölkəmizdə kreditlərin yığımı sistemi təkmilləşdirilir

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF – Azerbaijan Deposit Insurance Fund) mərkəzləşdirilmiş multibank və kreditlərin yığımı sisteminin təkmilləşdirilməsi üzrə işlər aparır.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar mövzusunda siyasi müzakirələrdə iştirak edən ADIF-in maliyyə departamentinin direktoru Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu, Fond tərəfindən informasiya texnologiyaları sahəsində aparılan yeni işlərdən biridir: “Sistemin təkmilləşdirilməsi nəzarəti asanlaşdıracaq. Bunun sayəsində də hər hansı hesabat lazım olduqda onu operativ şəkildə əldə etmək mümkün olacaq”.

Son xəbərlər
Digər xəbərlər