13 C
Baku
Saturday, November 23, 2024

Ölkəmizdə şahmatın inkişafına özəl banklar da dəstək verir

Artıq 4 ildir ki ənənəvi olaraq Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open 2014” beynəlxalq şahmat festivalı bu ildə keçirilir. 3 may-13 may tarixləri arasında  keçirilən bu ilki festivalın baş sponsoru Yapı Kredi Bank Azərbaycandır.

Bu ənənəvi yarışda  8  ölkədən 295 nəfər  iştirak edir. Festival İsveçrə sistemi  üzrə 9 turdan ibarət olaraq, A, B və C kategoriyalar üzrə 3 turnir keçiriləcək. Turnir hər il olduğu kimi bu ildə Naxçıvan şəhərində keçirilir. 3 may 2014cü il tarixində festivalın rəsmi açılışı keçirildi və ənənəvi festival start götürdü.

Ölkəmiz üçün əhəmiyyətli olan bu tədbir şahmatın inkişafına yönəlib və bu həm ölkəmizin tanınmasına, həm də gənclərimizin şahmata olan marağının artmasına yönəlmiş bir tədbirdir.

Son xəbərlər
Digər xəbərlər