Azərbaycanda fəaliyyət göstərən ölkənin ən böyük özəl aviasiya mərkəzi barəsində cərimə protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, “ASG Business Aviation” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək Bakı Şəhər Xəzər Rayonu Məhkəməsinə göndərilib. Qeyd edək ki, bu protokol Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilir.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.








